Mən yazmadım alın yazımı
Günahım yox bağışla Tanrım
Bir daha sağalmaz gönül yarası
Adımı qoydunuz ÜZ QARASI.
İstəmədim bu dərdi bu həyatı
Hansı gönül çəkər belə bir yazı
Məndəki bu yara məhşər yarası
Bəxtimə dediniz ÜZ QARASI
Seçmədim bu yazını bu adı
Bilmədim günahımı bədduamı
Fələk yazanda alın yazımı
Göylərdə Mələklər tutdu yasımı
©rustem777
R