_

Uzaqlaşırdıq ..

Sən sevdin mən sevdim bağlandıq biz
De görüm bəs niyə qovuşa bilmədik
Gözlərdə öyrəndi bir-birinə çox
Ancaq ayrılıqdan sovuşa bilmədik
Gülmədik üzümüz  kədərli qaldı
Qismət payımıza qoymadı sevinc
Biz göz-gözə baxıb fikirləşərkən
Hər kəsə bəlkədə gəlirdi gülünc
Etmədi təmənna bu həyat bizə
Onunçün ağlayıb sevməli idik
Niyə baxıb hamı bizə gülürdü
Məgər biz bu qədər gülməli idik?
İkimiz bir dustaq  bu eşqdə olduq
Bizi duyğulara məhbus etdilər
Onları günahkar bilirəm indi
Bizləri ayırıb məyyus etdilər
Səni bax indicə yuxuda gördüm
Dərindən ah çəkib qucaqlaşırdıq
Qəlbimiz elə hey yaxınlaşsada
Biz uzaqlaşdıqca uzaqlaşırdıq
©_huseyn_