A

Uzun zaman sonra böyle bir şiir:

Bir tərəfdən yetməyir insana insanın özü,
Bir tərəfdən qəlb evin həbsin çəkir canın özü.
Mən səxavətdən qonaq etdikcə min yol qəlbimə,
Hakim olmaq istədi hər dəfə mehmanın özü.
Nifrətimdən sevgi, sevgimdən də nifrət xəlq olur.
Qəlb evimdə rəqs edir nəfs ilə vicdanın özü.
Ruhumu eşqilə işğal eyləyib, qismətdəki,
Vəslimə bilmərrə aşiq oldu hicranın özü.
Hər nə etdin olmadı, hər gün biraz da, ey təbib,
Dərdimin miqdarını artırdı dərmanın özü.
Bizlərə xislətdə bəxş olmuş xəta.. əvvəlcədən,
Adəmin mirasıdır insana nöqsanın özü.
Qismətin qeyri-müəyyəndir, Əfəndi, ömrünün,
Dövrünə hətta məəttəldir bu dövranın özü.
©arazefendi