Tüpürüm o pula o var-dövlətə
İnsanı çıxarır insanlığından
Özünü o qədər ucadan tutur
Xəbəri olmayır nadanlığından
Bir vəhşi donuz tək yeyir ki yeyir
Soruşanda hələ dindən də deyir
Əyninə əxlaqdan bir libas geyir
Yaxşısı az olur yamanlığından
Məzlumun ahını alır həmişə
Çevirir əlində bunu vərdişə
Bir qəpik çox olur dildə söyüşə
Belədə dən vurur qananlığından
Nə bir etika nədə mədəniyyət
Bilinir kənardan baxanda niyyət
Verəcək kasıba elə hey əziyyət
Söz salıb fəğirə yananlığından
Qaşını çatacaq deyilsə pislik
Harama əl qoyar edib xəsislik
Qarşıda kim olsa edəcək tərslik
Güya ki yox bunun imanlığından
_Hüseyn Məmmədov
©_huseyn_
_