Müəllif Ömür Yazar
Varlar içində.
Payız yarpağının sarısı kimi,
Qurtlu meyvələrin yarısı kimi,
Zəhərli eşşəyin arısı kimi.
Yox etdim mən səni varlar içində.
Nə fitnən bitməyir, nə yalan-dolan,
Onsuz olacaqdır, olacaq olan,
Bundan sonra mənim başıma dolan,
Axtarsam namuslar, arlar içində.
Yox etdim mən səni varlar içində!
Elə hallara qal, halın qalmasın,
Güvəndiyin dövlət varın qalmasın,
Ağacın bar versin, barın qalmasın,
Xar ol səni elə xarlar içində.
Yox etdim mən səni varlar içində!
©ömüryazar
Ö