R

vergül;nöqtə

Qaş-gözünə vurulmuşam mən
Ağlımı itirmişəm,Həyatımdan bezmişəm.
Qara göz bir yarın toruna düşmüşəm,
Özümdə bilmirəm mən neyləmişəm.
                        ☆☆☆
Onu düşünürdüm mən hər gecə,
Xəyallar qururdum,gülümsəyirdim.
Özümdə bilmirdim necə edirdim?
Yeni ümidlərlə yuxuya gedirdim.
                       ☆☆☆
Bir gün cəsarətimi toplayıb mən,
Ürəyimi ona açmaq istədim.
Sevimli,sevgili bir qızın
Qəlbinə yol tapıb,getmək istədim.
                      ☆☆☆
Nəhayət cəsarətimi topladım
Getdim onun ayağına
Sevgimi etiraf etdim
Yox cavabına hazırlıq etdim.
                     ☆☆☆
Bilirdim,o meni sevməz
Sevgimi dərk edib,mənə söz verməz.
Başqa birini sevər,məndən yan keçər.
Ölüm fərmanımı dərc elətdirər.
                     ☆☆☆
Nə isə beynimdən min cür fikir keçdi.
Mənə  öz cavabın dedi.
Sən demə Yox imiş cavabı.
Mənim sevgim boşunaymış,
Yoxdu ona deyəcək cavabım.
                    ☆☆☆
Öldüm-dirilidim o sözdən sonra,
Son verdim onla olan xəyallarıma.
Nə ağlamadım,nə sızlamadım,
Onsuz həyatıma davam elədim.
                   ☆☆☆
Mən artıq onu sevmirəm,
Mənimlə olmayacaq bunu bilirəm.
O artıq mənə qayıtmaz
O olmadan həyatım solmaz.
        
©rustem16