Hər nə vardır məndə Səndəndir, Xudayə, vermisən
Lütf edibsən hər dəfə mən binəvayə vermisən
Hansı sirnən xəlq edibsən hər baxanda heyranam
Həm gözəllik, həm məhəbbət Sən səmayə vermisən
Böylə rəhmətlə Səni kimlər ki atmış özgəyə
Layiq olmuşdur o kəs, ya Rəbb, cəzayə vermisən
Bilməz eşqin qədrini kimlər ki yanmaz eşq üçün
Eşq üçün yanmaq nədir? Sən tək dühayə vermisən
Ayrı düşdün, Merac, eşqin karivanindən heyif
Gec ayıldın qəflətindən çox qəzayə vermisən..
#MERAC
©merac
M