Məni bir vəfasız bu günə salıb
Belimi sındırıb həmən vəfasız
Bu gün xət çəkirəm onun üstünnən
Nə mən günahkaram nə mən vəfasız.
Götür o blaknot o qələm o sən
İki sinonim yaz sevgi və zülüm.
Niyə mənim üçün yazılan ömrü
Səninçin yaşayım səninçin ölüm.
Get birdə meydimin üstə gələrsən
Deyərsən sevmişəm bunu bir vaxtı
Bilmirəm kim məni yoldan çıxartdı
Yarıda buraxdım mən bu bədbaxtı.
Gedirsən get götür şəkilləridə
Köhnə servantımızın alt gözündədi.
Üzimə çəpəki baxma vijdansız
Taksir məndə deyil taksir səndədi.
Taksir səndədiki nəfsinə uyub
İçimi içimnən məhv eləmisən
Səni dünya qədər sevsəmdə gəlmə
Çünki dünya boyda səhv eləmisən.
Səni görən günə bir daş düşəydi
Ölirdim gözinə baxmaqdan ötri.
Heyif çox heyif ki illər itirdim
Qədrimi bilmiyən axmaqdan ötri.
İndi sənsiz qalan ruhum sürinir
Əzəldən heç səni sevməzdim gərək
Getmisən amaki yerin görinir
Ağ appaq köynəkdə qan ləkəsi tək
©baxruz
B