Bu son şeyrim və vida naməsidir
sən mənə əgər cavab verməsən
həsrətidən yaralı qəlbin səsidir
əlac vüsaldı çox əzab verməsən.
Yazdığın şeyrləri izdiyirəm mən
bəlkə sən inşafa gələsən diyə
gecələr səbrlə gözdiyirəm mən
bilmirəm cavab yazmırsan niyə.
Sənə necə anladım izah eliyim
eşqin məni dəli-divanə edib
nə qədər həsrətinlə ah eliyim
hicran oxun qəlbi nişanə edib.
Nə olar bir şeyrdə yazıb cavabı
sən mənim bu qəlbimi şad elə
izin vermə yenədə çekim əzabı
TƏNHAAŞİQ'i qəmdən azad elə.
©tenhaasiq
T