mən səndən bir yaşlı budaq istədim
sən mənə bəxş etdin, zümrüd meşələr
mən səndən kiçik bir otaq istədim,
sən mənə bəxş etdin dilnər guşələr.
mən səndən adicə həyat istədim
sən mənə çıxardın min-min səhərə
mən səndən kiçik bir qanad istədim
sən məni uçurdun yeniliklərə.
mən səndən bir dəstə çiçək istədim
mənimçün dörd fəsli yaz eledin sən
mən səndən ilhamlı ürək istədim
sən mənə təb verdin milyon ürəkdən
mən səndən kiçik bir sevinç istədim
sən mənə bəxş etdin bütöv səadet
mən səndən bir parça sevgi istədim
sen mənə bəxş etdin xəzinə, dövlət.
mən səndən istədim açıq alın
sən mənə bəxş etdin qürurlu həyat
məndə başı açıq, ayağı yalın
yolunda can qoysam,yenə də az olar.
bəlkə buna görə əzəmətlisən
nəyin var vermisən əsirgəmədən
sən bir ana kimi səxavətlisen
anam azərbaycan,vətən can vətən.
©nerminn
N