R

Xatirələr

Birini sevirdim mən əvvəllər
Aramıza girdi yalnış hadisələr.
O zaman anlamazdim, onsuzluğu
Dəli-divanəliyi,son Məhəbbəti.
                 ☆☆☆
Ürəyim artıq heç kimə açıq deyil,
Ürəyimin qıfılın vurdun beynimə.
Bir gecə açılır-qapanır ürək,
Sonsuz bir ağlamağın seyrinə çıxır.
                 ☆☆☆
Hər gecə ağlayıram,yad edirəm xatirələr
Ağlamaq gözlərə xeyir, ürəyə ziyandı.
Mənim bu ağlamağımı duyan ey insan
Mənim üçün ağlayıb,yadlarsanmı?
                ☆☆☆
Bilirəm hər gecə başqasın xəyalları,
Məni sevən bir adam tapılmadı.
Kimi sevirəm,başqasın sevir,
Mən parça-parçayam onlar kef edir.
               ☆☆☆
Ürəyimə tikiş atdım,yamadım
O mənə geri dönərmi anlamadım.
Bəlkə_Bir_Gün anlayar,o ağlayar,
Mənsiz günlərini,yaddaşdan atar.
              ☆☆☆
Bu şeiri o heç görməyəcək.
Nə hisslər keçirdiyimi o bilməyəcək.
Bu acılarla yanan  mənəm,
Bir kibritə heç gərək yoxdu.
©esr