_

Xatirələr...

Düşüncələr məndən küsəndən bəri
Fikirimdən sənidə aparıbdılar
Yanimda deyildin basa düşürdüm
İndi ağlımdanda qoparıbdılar
İstəsən səssizcə silə bilərdin
Göz yaşı tökməzdin gülə bilərdin
Axı geç deyildi gələ bilərdin
Gedəndən gülüşlər azalıbdılar
Boş yerə göstərməz üzünü zaman
Günah nə üstümdə min ahu-aman
O gündən çəkilmir daxili duman
İçimdə xatirələr bozarıbdılar
©huseyn_nn