M

🍃"Xatirələr küləyi"🍃

Başımda şiddətli fırtına qopur,
Əsir xatirələr küləyi yenə...
Nə keçsə önünə sovurur göyə,
Salıb sındıracaq ürəyi yenə...

Gözlər uşaqlığın yuxusundadır,
Bu həsrət, intizar çoxusundadır,
Şirinlik ətrində, qoxusundadır,
Göynəyir burnumun dirəyi yenə...

Qopubdur Qiyamət, bəşər qalmayıb?!
Mərdlik dövranından əsər qalmayıb,
Ağsaqqal sözündə kəsər qalmayıb,
Çevirmir dosta dost kürəyi yenə...

Nə yaman dəyişdi fələk çarxını,
Yuyur neçə məzlum qanla arxını,
Ötüb zülm daha kəlləçarxını,
Haqdır son ümidi, gərəyi yenə...!

Sanma fani dünya bir kəsə qala,
Həsr etmə ömrünü boş qalmaqala.
Rabil, bir də gəlsən belə xoş hala,
Yaz haqdan süzülən bu rəyi yenə...
🍃MERAC🍃
©merac