Xəyallar qonağı qonağım olsan
Sanma ki,ruhumda hey qalacaqsan
Özgənin gözündə sən ucalsan da
Düşünmə gözümdə ucalacaqsan
Düşünmə ömrümə hakim olmağı
Düşünmə ruhumu gizlin çalmağı
Düşünmə qəlbimi ələ almağı
Tək-tənha yaşayıb qocalacaqsan
Deyirlər sevginin qədrin bilənlər,
Sevirəm sözünə ehdiyyat edər
Vəfasız insanlar eşqdən dəm vurub
Yarını tək-tənha tərk edib gedər.
Yazıram sözlərim əbədi qalsın
İnsanlar dinləyib anlaya bəlkə
Vəfasız sevginin toruna düşüb
Bədbəxtlik adını anmaya bəlkə
Sekine Bilalova🖊️
©sekine_b
S