Qalmadı insanlıq
Hökmsürdü nadanlıq
Çökdü qaranlıq
Oldu yamanlıq
Həkk olundu yaddaşlara
Yazıldı qara daşlara
Baxılmadı gözdən axan yaşlara
Divan tutuldu soydaşlara
Uşaq qoca bilmədilər
Bəsdi demədilər
Səhərə kimi getmədilər
Geri çəkilmədilər
Zülmət içində yandırdılar
Ağrı,acını daddırdılar
Eli obanı dağıtdılar
Vətəni sarsıtdılar
Artıq belə olmayacaq
Tökülən şəhid qanları yerdə qalmayacaq
Vətən torpağı sarsılmayacaq
Qarabağda xarıbülbül solmayacaq
©ilkinbimar
I