İçimdəki bu qəzəb, nifrət sönməyəcəkdir,
Xocalı qatilləri, cəzasın almayıncan...
Ruhum bu inadından heç vaxt dönməyəcəkdir,
Xocalı qatilləri, cəzasın almayıncan...
O nalələr susmayıb, qarışıb dağ, daşına,
Bax gör nələr gətirib, düşmən xalqın başına,
Unutma olanları, yaz qanla yaddaşına,
Xocalı qatilləri, cəzasın almayıncan...
Nə qədər ki, susmayıb, nalə çəkən körpələr,
Baxıb Xocalımıza, ağlar dağlar, təpələr
Külək bu nalələri, yer üzünə səpələr,
Xocalı qatilləri, cəzasın almayıncan...
Rabil, insan olanın ürəyi qan ağlayır,
Dünya gözün bağlayıb, bu qədər can ağlayır...
Hələ çox eşidərsən, Azərbaycan ağlayır,
Xocalı qatilləri, cəzasın almayıncan...
🍂MERAC🍂
©merac
M