R

XOCALI soyqırımı

Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan,ağı deyib, ağlama
Ağlamağın yeri deyil, ağlama.
Bu döyüşdü- əzilən var,əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda "bizik", nə "mən" ,nə "sən" var.
Yox, ağlama ,ana millət,ağlama!
Qorxuram ki, sına millət,ağlama.
Hayqır ,könül, bundan betər çağ hanı?
İnsan yanır , torpaq yanır, dağ yanır.
Bacım,indi ağlamağa vaxt hanı?
Qardaş deyib,yurddaş deyib,ağlama!
Ağlamağın yeri deyil,ağlama .
©rhd_azeri