S

XOŞ GƏLİBDİR RAMAZAN

Nə gözəl aydı, bizə bəxş eyləyibdi yaradan, 
Hifz edib nəfsimizi,sınaq edibdir Ramazan. 
Allahın Rəsulundan qalıb, Aişə anadan, 
Cənnəti bəxş eyləyib,ənam veribdir Ramazan. 
Qonaqlıq ayı seçib,xüsusən də buyurubdu, 
"Tut Oruc,aç iftarı,bəndəm" deyibdir Ramazan. 
On bir ay sultanıdır,hər bir ayın padşahıdır, 
Bizlərcün gör nə gözəl ayı seçibdir Ramazan. 
Unudub hər acını xatırla kasıb, yetimi,
Mərhəmət, yaxşılığa fərman olubdur Ramazan.
Həm gözə, həm qulağa, qəlbə qoyarsan qadağa,
Bir də gördün nə qüsur varsa silibdir Ra m azan.
Bu ayın vurğunuyam, lütfünə mən sığınmışam, 
Seymuram, söyləyərəm "Nə Xoş gəlibdir Ramazan" 
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
©sönmez_s.p