Ö

Xəstə Ruhlar

Müəllif Ömür Yazar
Xəstə ruhlar. 22.08.2020
Ağır olar daşıdığı yük karvanı,
Parça-parça parçalanar çiyinlərdə.
Dodaq susar, dil danışmaz, qulaqsa kar...
Bir uğultu, bir toxunma beyinlərdə!
Çarə olsa, çarəsizcə susmaz axı,
Bir boşluğa baxa - baxa ölüb getməz.
Ayağında, qollarında daşdan ağır,
Bir yük var ki, ölsə belə o yük bitməz.
Sığındığı kim var idi, daha betər, daha ağır
Qırdı bütün ümidlərin, qol qanadın, yazıq sağır.
Kimə danışdı həyatın, dərdi ilə vurdu getdi,
Ruhuna qədər məhv edib, əcəlini qurdu getdi.
Sonra torpağını atıb, üzərinə gül əkdilər...
Sevgiləri əsdi getdi, bir fırtına, küləkdilər.
Bir ümid daha yox oldu, bir arzu daha puç oldu.
Soruşanda necəsən sualına heç deyən o, ozu artıq bir heç oldu!
©ömüryazar