T

"Xəyal düşərgəsi"

Düşüncələrdə canlanan, üzün xəyali sərgidir,
Baxışlarında gizlənən, təbəssüm ani cizgidir.
Sıxıntılarla tapdanan, özüylə dərdləşən biri,
Qısıldı küncə ağladı, çün ağlamaq zəruridir.
Xəyala sığmayan gözəlliyin əhatəsindədir,
Gözündə yarı bir mələk, həm əlçatılmaz huridir.
Bəlaların nişanəsi, içindədir hənirtilər,
Sıxıntılar özündədir, danışsa gər səmimidir.
©turalizm