Q

Xəyallarımdaki Pəri

Buraxıb getdiyin yerin dolmur heç
Dolmayan yerindən xəbərin varmı?
Yaşanmır bu həyat sənsiz olmur heç
Bir daha ömrümə səfərin varmı?
Xəbər ver orada həyatın necə
Gecələr sıxırmı mənimtək səni?
Bu təklik ağrısı söylə hər gecə
Sızladıb yıxırmı hər gecə sənb?
Sənsizlik çox çətin belə zamanda
Yuxumda hər gecə görürəm səni
Bezmişəm yuxudan gerçək həyatda
Şans versən bilirəm sevərsən məni
Bu qəlbim döyünür tək sənin üçün
Çalışdım nə gəlsə etdim əlimdən
Geriyə dönməyə qaldımı gücün?
Sarsıtdı yoxluğun məni dərindən
Sənsən xəyallarımda gördüyüm Pəri
Hər gecə yatanda düşünüb səni
Əsdirdin içimdə qərb küləkləri
Tək qoyub burada getdin sən məni
Gecələr düşünüb gündüzlər isə
Mən özüm özümə sual verirəm
Öyrəşə bilmirəm ayrı bir kəsə
Duyduğum hər sözə yalan deyirəm
Nə külək gətirdi nədə yağışlar
İstədim hər ötən fəsildən səni
Sonunda çarəsiz qalıb istədim
Əlim tutduğum şəkildən səni
©qanuni