M

🍃Ya Hüseyn🍃

Su kənarında qalıbsan suya həsrət, ya Hüseyn!
Açıq eylir bu əməl zülmə dəlalət, ya Hüseyn!
Hamı heyrət aparıb səndəki əxlaq, ədəbə,
Olmusan sən bütün aləmlərə ibrət, ya Hüseyn!
Sən ki İslamı diriltdin tökülən qanın ilə
Borclu həmmişə sənə cümlə bu ümmət, ya Hüseyn!
Zülmə baş əyməmisən, zalimə diz çökməmisən
Çünki sizlərdən uzaqdır belə zillət, ya Hüseyn!
Tökülən qanın ilə göyləri ağlatdın o gün,
Ağladıb Zəhranı, çünki bu şəhadət, ya Hüseyn!
Kəsilən baş dil açıb nizədə Quran uxuyar
Kor olanlar yenə görməz bir əlamət, ya Hüseyn!
Nə qədər mədh edə Merac səni aciz qalacaq
Ən gözəl ki, verib Allah sənə qiymət, ya Hüseyn!

🍃MERAC🍃
©merac