D

YA RƏBB

Sənsən cəmadatın,nəbatatın hökmdarı Ya Rəbb,
Hər namazda,duada dilimin şüarı Ya Rəbb
Bəşərin,yerin,göyün bircə ilahı sənsən
Səndədir bütün bu cahanın ixtiyarı Ya Rəbb
Ey iki dünyanın şahı,aləmlərin şahənşahı
Olub ümidimiz həmişə sənə sarı Ya Rəbb
Canım qurbandır sənə,hər şeyim qurbandır sənə
Nəyimə gərək dünyanın dövləti-varı Ya Rəbb
Elə şeylər var ki,ibn bəşər üstün açıb
Elə şeylər var ki tək,səndədir əsrarı Ya Rəbb
©azeri_şair