Bu arzuma, ilqarıma, yağış yağır.
Sakit yağır, həzin yağır, gözəl yağır,
Gözlə hələ, islan deyir, qalxıb getmə.
***ıldayır, sakit-sakit, xoşum gəlir.
Ayaq saxla, kədərlisən, fikirlisən.
Saçındakı, ağ dənlərin, vaxtsız gəlib.
İcazə ver, möhkəm yağım, qoy islansın.
Ağ dənlərin, damla-damla, axıb getsin.
Gözündəki intizarı, üzdə olan, qırışları,
Zirəng yuyum, kimsə görüb, sevinməsin. Sevdiklərin , bilib səni ,qəmlənməsin.
Səni yaxşı tanıyıram, bu hal sənə aid deyil.
Otur burda, səmaya bax, nə görürsən?
Sonsuzluğa dalib getdin, nə gördün sən?
Zəif aciz, bir kimsəsis bəndə gördüm,
Gördüm onun rəhmətini, qüdrətini.........
SARVAN ƏLİYEV ✍️ APSƏR
©yusam
Y