L

Yalan

Yalanı anlamışdım,
Eyləyəndə ona diqqət.
Sevgi də azalmışdı,
Həm də ki, hörmət.
Güvənmək yaxşı deyilmiş,
Qırılmışdır ürəyim,
Hələ də yadımdadı o saçların,
Bir də köynəyin.
Gedəndə söyləmişdin,
Qayıdacaqsan bir gün.
Gözləyirəm hələ də,
Əkirəm hər gün bir gül.
Gülümsəmən unudulmaz,
Saçların pambıq kimi.
Çəkdiyim dərdi bircə,
Yaradan Allah bilir.
Yandan izləmək asan,
İşin özü çətindi.
Bu həyat yaradır,
Yaradacaq çətinlik.
Sınaqdı anlamıram,
Hər nədi bilməyirəm.
Azan oxunur o üzdə,
Mən səsini dinləyirəm.
Sevdim səni hər kəsdən çox,
Qırdın yenə qəlbi.
Qocalıq gəldi çatdı,
Getdi əldən gənclik.
Vaxtında anlamadım,
Peşmanam indi,
Yazıram bu şeiri,
Bəlkə indi bildin.
Son dəfə söz deyim qoy,
Gözləyəcəm hər zaman.
Dərdim nə qədər böyük,
Alovumsa çox yaman.
Cəhənnəm də məskəndi,
Çıxmaq olmayır,
Əvvəl elə bilirdim ki,
Çiçəklər solmayır.
Sən gedəndə anladım,
Çiçəklər də solarmış.
Alovlu bir sevgi, alovlu bir ürək,
Gün gələr buz kimi donarmış.
©lucifer25x