Ömür dediyin nədir ki, qardaş
Üstünə torpaqdır başına da daş
Geridə qalanlar bir damcı göz yaş
Bu dünyaya ümid bəsləmə dostum
İnsanın ömrü də buza bənzəyir
Dəyərli, dəyərsiz yenə əriyir
Bütün Peyğəmbərlər bu sözü deyir
Bu dünyaya ümid bəsləmə dostum
Zaman da boşuna işləmir heç vaxt
Heç bir şah özüylə aparmayıb taxt
Piyada vurulur, şah da olur mat
Bu dünyaya ümid bəsləmə dostum
©rzaqulu
R