Yalnızam qaranlıq gecə qoynunda
Getdiyim yolmudu yoxsa kədərmi
Olmuşla ölmüşü düşünən beyin
Düşünmən düzdümü yoxsa hədərmi
Anlamaz heç kimsə gizlənən səni
Qışqırman yetərsiz danışman səssiz
Gülüşlər ardında duran bədənim
Kədərin gizlədib dayanıb sənsiz
Soyuqsan qışımın şaxtası kimi
Dondur bədənimi dondur əlimi
Adəm övladının saxtası kimi
Desinlər alimdi yoxsa dəlimi
©t.celil
T