Çoxalsa gər fərarimiz
Demək ki boş şüarimiz
Dəyişsə də qərarimiz
Batan batıbdı millətim!
Yaman yatıbdı millətim..
Tutub yağı yuvamızı
Suyumuzu, havamızı
Unutdu bəs davamızı?!
Nə tez atıbdı millətim?!
Yaman yatıbdı millətim..
Qır əlini, biləyini
Ya zalımın kələyini
Dur istə öz diləyini
Məqam çatıbdı millətim!
Yaman yatıbdı millətim..
Qoyun deyim birin sizə
Dizin-dizin düşün izə
Bizi sizə, Sizi bizə,
Qatan qatıbdı millətim!
Yaman yatıbdı millətim..
Merac yanan köz istədi
"Görənlərə göz" istədi
Nə vaxt durub söz istədi,
Dedi satıbdı millətim..
Yaman yatıbdı millətim..
#MERAC
©merac
M