C

Yardan səda.

Bitdi ömrüm, çıxdı canım çıxmadı yardan səda
Aləmə saldım səda,gəlməzmi dildardan səda
Mən içimdən ağlaram səssiz,demün arsız mənə
Rəsmidir qar yağsa çıxmaz bir canı yardan səda
Boş yerə ah etmirəm bir səbəb var ahimə
Ta ki mizrab dəyməsə çıxmaz yəqin tardan səda
Çox sədalar var eşitməz bəndələr mindən birin
Təkcə Rəbbimdir xəbərdar ki, çıxır hardan səda
Gəl yetiş imdada Ya Rəbb aç dilin dinməzlərin
Sənsən aləmdə verən çün yoxlara vardan səda...
©cavid1910