Neçə vaxtdır ki,axan yaş qurumur indi gözümdən,
Bu nə taleydir İlahi, gülüşüm itdi üzümdən.
O gedən getdi O yarım,
Məni qoydu yolda yarım.
Çoxalıbdır intizarım.
Bilirəm səhv elədim mən,
Sənə vaxtında dedim mən,
Ya çıxıb get,ya gedim mən.
Gözümün nuru idin,sənsiz həyatım əzab əzyət,
Səhəri aldın əlimdən, otağım qap-qara zülmət.
Qədrimi bilmədin ey Yar,
Qəzəblə hər gecə təkrar,
Özümlə danışmağım var.
Qismətimdir bu kədər qəm,
Mənə yoxdur ama həmdəm.
Yaşaram tək yenə hər dəm.
©cavid1910
C