Urəyində deyilməmiş sözün qalıb.
Sinən üstə od -alovum,közüm qalıb ,
Taleyinin kənarında izim qalib..
İçində bir yarımqalmışlıq hissi var,bilirəm...
Neçə-neçə arzuların yarım qalıb,
Sevgi dolu duyğuların yarım qalıb ,
Əzab verən sorğu-sualların qalıb,
İçində bir yarımqalmışlıq hissi var,bilirəm...
İllər keçsə,mənsiz ömür-gün solacaq,
Yüzü kəlsə,yenə yerim boş qalacaq.
Sənin cəzan bu bitməyən eşq olacaq,
İçində bir yarımqalmışlıq hissi var, bilirəm
Ürəyinə ayna tutdum,bilməz oldun,
Haqqa dogru çağırdım:"gəl!",gəlməz oldun.
Tənha Bulud səndən getdi, dönməz oldu,
İçində bir yarımqalmışlıq hissi var, bilirəm ...
©tenhabulud
T