E

Yarpağın tökülüb , çiçəyin yoxdur.

Yarpağın tökülüb , çiçəyin yoxdu!
Bu gecə ürəyim sıxılır yaman
Göy üzün tutubdur ,qara bir duman
Birdə görəcəksən bitibdir zaman
Yarpağın tökülüb, çiçəyi yoxdu.
Deyirlər güləndə, qocalmır insan
Gülün ki, qoy olsun məzluma ehsan
Bənizin solubdur , qəlbində hicran
Yarpağın tökülüb , çiçəyin yoxdu
Gözlərin buludtək yağdırır yağış
Kədər də ürəkdə çəkibdir naxış
Bir anda dəyişib həyata baxış
Yarpağın tökülüb , çiçəyin yoxdu.
Yer daim günəşlə birlikdə dönüb
Nə olsun böyük ay kiçik görünüb
Baxıram dünyan da yasa bürünüb
Yarpağın tökülüb , çiçəyin yoxdu.

İmza ~ İ.S
©elm