Səsindən uzaqda, səndən uzaqda
Ağrı çəkə-çəkə yaşayıram mən
Tənha musiqiylə, tənha otaqda
Çox ağır bir yükü daşıyıram mən
Qoymuşam fikrimin ən dərininə
Çıxarıb ata da bilmirəm səni
Hər gün bu sualı düşünürəm mən
Niyə saxlayıram, silmirəm səni?!
Gəlirəm qəlbdəki məzarın üstə
Sükunət hökm edir gecələr kimi
Baxıram səssizcə "ölüm vaxtına"
Oluram viranə küçələr kimi
Rabil, bu qüssənin yoxdu bil sonu
Nə qədər qəlbində gizlətsən belə
Üzündə gülüşlə gəzib hər yanı
Gecələr qəlbini inlətsən belə
🍂QəmliAşiq🍂
©qemliasiq
M