Kim əgər aşiq ola eşqini cannan yazacaq
Verəcək canını öz eşqini qannan yazacaq
Kim əgər yarı gözətlər gözü yollarda qalar
Vurulub al şəfəqə sübh ilə dannan yazacaq
Dadsa kim eşqi-şərabı əbədi məst olacaq
Ona vurğun biri heç şöhrəti-şannan yazacaq?!
Kim əgər eşqə düşər məhv olar öz eşqində,
"Mən" dönüb məşuqa hey məşuqa yannan yazacaq
Kim əgər çöllərə, səhralərə eşq üstə düşər,
Dolanıb dəşti-biyabanda tufannan yazacaq.
Aşiqin gördüyü qəm, qüssə, kədərdirsə əgər,
Yenə qəm, qüssə, kədərlə dolu annan yazacaq.
Etibar görməsə yarından əgər bircə kərəm,
Bağlanıb yarına bəs, hansı gümannan yazacaq?!
Günəşin nurunu kəsmiş isə göylərdə bulud,
"Mavi dəryada" bulud, yerdə dumannan yazacaq.
Hər kimin olmasa qəlbində meyil haqqa tərəf,
Qələmi batilə xidmətdə amannan yazacaq.
Rabil, hər kim tutacaq pak olan eşqin ətəyin,
Tapıb haqqın yolunu "Haqqı Qurannan" yazacaq.
🍂QəmliAşiq🍂
©qemliasiq
M