Ö

Yazdırır!

Müəllif Ömür Yazar.
Yazdırır! 03.09.2020
Şairlər kefindən şair olmayır,
Dərd ilhamın verir, kədər yazdırır.
Dərdini deməyə adam tapmayır,
Gözünün yaşıyla qəhər yazdırır!
Ümid gəmiləri patır limanda, Həyatı heç olur həmin o, anda,
Baldır bildikləri zəhər çıxanda,
Gecə məcbur edir, səhər yazdırır!
Hər şeir, hər qəzəl ağ dən başında,
Bağrını vəfasız eşqi yandırır.
Vaxtsız köçüb gedir cavan yaşında,
Sağikən verdiyi bəhər yazdırır.
Yoxada çıxarıq, olanlar kimi,
Kimsəsiz geridə qalanlar kimi,
Saxsıda çiçəyi solanlar kimi,
Son günlərində, birtəhər yazdırır.
©ömüryazar