Bəzən çəkilirəm düşünmək üçün
Oturub qalıram kənarda səssiz
Sən məni dinləmək istəməyəndə
Oluram ağlında sanki kimsəsiz
Bir ümid bəsləyib hər ötən günə
Özümdən gələcək sorağlayıram
Yadımda qalmasa söylədiklərim
Sən adlı kitabı varağlayıram
Bir külək təki sən əsib dayandın
Od tutub laləzar yanan yerində
Yaxşının çoxuda ziyan sən demə
Qırılmış budaqlar qaldı gerində
Qəlbimə ömürlük möhürləmişəm
Eşidib həsrətin çəkdiyim adın
Mən səni çox sevdim könlüm yaralı
Acı talehimdə yazılan qadın
©huseyn_derin
©_huseyn_
_