_

Yazmağa sən məcbur eylədin məni

Yazmağa sən məcbur eylədin məni
Şeir gözlərimdən axan söz oldun
Səni istəməzdim qələmə alım
Çoxdan ki misraya təsir iz oldun
Yazmağa sən məcbur eylədin məni
Qəmli gözlərimə xəfif üfürdün
Yaralı qəlbimə sarıldığından
Bilirdim sən orda hey üşüyürdün
Yazmağa sən məcbur eylədin məni
Baxışlar önündə acız qalırdım
Yazmasam olmazdı gözəlliyinə
Onunçün izləyib fikirə dalırdım
Yazmağa sən məcbur eylədin məni
Sahili ləpəli dəniz olmuşdun
Mən isə kənardan yazırdım sənə
Sevgi göz yaşıyla gecə dolmuşdun
Yazmağa sən məcbur eylədin məni
Bax həmin yazılar pozuldu getdi
Özünü günahkar bilmə ey yarım
Onsuzda yazılan yazıldı bitdi
©huseyn_nn