H

"Yeddinci ayın Yeddisi" Roman - Habil Yaşar

Gənc yazar Habil Yaşarın "Yeddinci ayın yeddisi" romanı daha çox gənclərə ünvanlanmış bir romandır.
“yeddi̇nci̇ ayin yeddi̇si̇”
oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. əsərdə aytəkin başda olmaqla, nihat, fərid, aysel və s kimi xarakterlər də yer almaqdadır. “yeddi̇nci̇ ayin yeddi̇si̇” müəllifin ilk romanıdır...
192 səhifə/Azərkitab
Nifrət etdiyin hər zaman biri olacaq, amma birinə görə hər kəsə nifrət edə bilməzsən
Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insana məxsusdur
Şahidi Tanrı olanın, tanrısı Sevgi olsa gərək
Sevirəm! Görəsən gunahmı edirəm? Ya günah etdiyimi bilə-bilə görəsən niyə sevirəm?
Sevgi zamana bənzəyir: Gəldisə saxlaya, getdisə qaytara bilməzsən
Önsöz
Lap gənclik çağlarından tanıdığım, vaxtı ilə şeirlər kitabına önsöz yazdığım
Habil Yaşarın uzun fasilədən sonra yeni kitabla - bu dəfə romanla oxucu görüşünə gəlməsi mənə xoş təsir bağışladı.
Onu tanıyan, əhdə vəfasını, çəkdiyi cəfaları muəyyən qədər bilən bir dostu kimi, xarakterinin yazdıqlarına da hopmasını görməkdən şad olduğumu deməliyəm. Deməliyəm, onun yazılarını - şeirlərini, esselərini, hekayələrini oxuduqca, intellektual düşüncələrinin təzahürləri görünür. Bəlkə bu, onun pedaqoji fəaliyyəti, fərqli kollektivlərdə çalışması, qaynar paytaxt mühitində böyüsə də, ata-anasının kökəncə bağlı olduğu el-obalarımızın şəhdi-şəkərini də unutmaması ilə də sıx bağlıdır. Başqa bir amil, Azərbaycandan Türk dünyasına yaradıcı boylanışından da uzaq deyil. Habil güclü mütaliəsi olanoxuduqlarında qalmayan, imzası kimi yazdıqları ilə Yaşardır...
Bu fikirlərin onun
“YEDDİNCİ AYIN YEDDİSİ” romanını da şamil edildiyini vurğulamalıyam. Ümidvaram, siz də bu fikrə ortaq olacaqsız ki, təsirlənməmək, xarakterlərə, hadisələrə biganə yanaşmaq mümkün deyil. Obrazlar sanki canlı olaraq ətrafımızdadır... Gözəl süjet xəttinə sahib olan romanın oxucular tərəfindən seviləcəyinə inanıram.
Habil Yaşara bu ilk romanında, bütün yaradığıcığında uğurlar diləyirəm!
Sayğılarımla,
Əkbər QOŞALI
"Yeddinci ayın yeddisi" kitabımın ilk tirajı bitmək üzrədir... (Qismət olsa ikinci tirajı da nəşr olunacaqdır)
Hörmətlə Habil Yaşar
"Yeddinci ayın yeddisi" kitabının satış məntəqələri və Online məkanlar (Yenilənməkdədir)
1. AZƏRKİTAB-NƏRİMANOV, ONLINE Sifariş + QUBA FİLİALI
2. KİTABEVİM-28 MAY
3. ALININO-(ONLINE, HƏLƏKİ)
4. NOVELLA KİTAB EVİ-GƏNCLİK
5. KITAB EVİ-28 MAY, ONLINE
6. KITAB SATIŞI-28 MAY, ONLINE
7. ALİBRUS KİTAB EVİ-28MAY,ONLINE
8. VERA KİTAB-20 YANVAR, ONLINE
9. OXU KİTAB Mağazası
10. KİTAB TESTLƏR-ONLINE
11. MƏNIM KITABIM- ONLINE
12. KARAMAZOV KİTAB EVİ-28 MAY
13. PAYIZ KİTAB EVİ-GƏNCLİK
14. SECONDHANDBOOK-ONLINE
15. _BAKU_BOOK_-ONLINE
16. KAFKA KİTAB EVİ-28 MAY
17. ÇİNAR KİTAB EVİ-GƏNCLİK
18. 2MIDDLEBOOK-ONLINE
19. SA___BOOKS-ONLINE
20. PAPILLON-ONLINE
21. OFISAIT KİTAB EVİ MAĞAZALARI
22. KAMPUS KİTAB EVİ-28 MAY
23. KITABSATISHI_SUMBOOKSELLER
24. KİTAB_ADASİ
©habilyasar