İntihar etmişəm binalar kimi
Batmışam şəhərin dəniz yerində
Baxma günahım çox, kirlidi qəlbim
Səni gizləmişəm təmiz yerində
Saymıram Allaha bəndə özümü
İnan danlayıram gün də özümü
Yadlar doğmalaşdı mən də özümü
Unutdum ömrümün əziz yerində
Dəyərsiz adamam , özümə görə
Dərdimi incitdim çözümə görə
Sadəlik qazandım, sözümə görə
Dünyanın ən çətin, qəliz yerində
Mən üz döndərmişəm, sevda falından
Neştər çıxarmışam hicrin balından
Gözümü çəkmişəm , dünya malından
Doymuşam yeməyin ləziz yerində
İntihar etmişəm binalar kimi
Batmışam şəhərin dəniz yerində
Baxma günahım çox, kirlidi qəlbim
Səni gizləmişəm təmiz yerində
©umidsade_
U