R

Yetiməm

Yetiməm. bunu mən danmıram,
Ya anasızam,ya atasızam.
Ya da hər iki valideynini itirmiş,
Qolları kəsilmiş  yad bir insanam.
                  ☆☆☆
Çoxları məni zəif biləcək.
Gah məni qıracaq, məhv edəcək.
Gah məni parçalayıb,oda atacaq.
Mənim yetiməm o anlamayacaq.
                  ☆☆☆
Ölümün səsini mən eşidirəm.
Onlarsız yaşamaq mən istəmirəm.
Valideynim yoxdu,yaş bir odunam
Onlar anlamazlar mən yetiməm.
                 ☆☆☆
İnsanın arxa dayağı ata-anadır.
Onlar olmadan ömür qaradır.
Bitişmir yaralar onlar olmadan,
Yaralı bir insanam çünki yetiməm.
                 ☆☆☆
Hər kəs yan keçir məndən unuduram
Qəlbimi dağlayırlar unuduram.
Sən yetimsən deyəndə unuda bilmirəm.
Sanki bitişmiş yaralar yenidən açılır.
                ☆☆☆
Yaramı təzələməyin.bunu istəyirəm.
Siz anlamazsız.başa düşürəm.
Bir şey istəyirəm,əməl et amma,
Yetimsən sözünü sil yaddaşından.
               ☆☆☆
Bir gün səndə yetim olarsan.
Mənim dediklərimi yadına salarsan.
O zaman anlarsan,dediklərimi,
Yetimlərin necə hiss keçirdiyini.
         
©esr