M

Yoxdur

Görüb bu qəmli halımı bilib heç kimsə anlamaz
Tək Allahımdan savayı, dərdlərimi bilən yoxdur.
Səninçün ölərəm deyən hər insana sən aldanma,
Sənin üçün bu dünyadan köçən yoxdu, ölən yoxdur.
Çalış vaxtında hər nəyin qədrini bil,. Qiymət ver,
Bir də, çönüb görərsən ki, sənə xoş söz deyən yoxdu.
Çox əzablar çəkib başım, çox bəlalar çəkib başım,
Mənim kimi ahu-nəva, cövrü-cəfa çəkən yoxdur.
Bülbül kimi qəfəsdəyəm yanımda yoxdur heç kimim,
Nə bir nəfər gələn yoxdur, nə bir nəfər gedən yoxdur.
Tural sevgidə odlanıb yanmağının xeyri nədi
Onsuz səni bu aləmdə bil heç kimsə sevən yoxdur.
M.Tural✍️
©toti