Gecə dənizə dönüb. Otaqlarda çağlayır.
Buludların əlindən pəncərələr ağlayır...
Dolaşır yavaş-yavaş gözlərimin içində,
Dizə qədər ayrılıq..... Xəyalların izində......
Gecə dənizə dönüb...Mən dənizdə qağayı...... Qağayının dilində dalğaların harayı.....
Yenə tənhalıq yağır, lal divarlar yenə nəm....
İkimiz bir otaqda, rəqs edirik sən və mən ......
Külək əsir. Saçlarım qucaqlayır boynunu.
Bu gecə xəyallarım oynayır öz oynunu...
Yaman üşüyür gecə, darıxır yalquzaq da......
Nəfəsin evdən uzaq, surətinsə otaqda.....
Yenə masa qurulub, yenə o ağır yemək.
Çeynəmək sənsizliyi, səssizliyi çeynəmək..............
Bitmir nə gecə, nə qəm. İtmək bilmir qorxular....
Saçlarımda qoca dən, tən bölünür yuxular...
Bu gecənin zülməti şam geyinib əyninə,
əynimdəki gəlinlik bürünüb şam rənginə...
Alışır xatirələr, külə dönür bir anlıq
Gecə kamança çalır "aman, aman ayrılıq"......
Bəstələnir həsrətin İncə- incə oxunur
Əlim üzünə dəyir, divarlara toxunur.
Daha yoxsan bilirəm bədənin yoxluğumdur,
Özün məndən uzaqda , ruhun
sonsuzluğumdur.... İradə
I