Görmədim səfalı məramlı günlər
ötüşdü həfdələr ötüşdü ilər
Açmadı ömrümdə qönçə gülər
ömrümün baharı xəzan gətirdi
Bu dünüya malına salmadım tamah
Qəlbimı saxladım dayima fərah
Eləki eylədi bir insan günah
ömrünə gününə ziyan gətirdi
Hər gecə öyrəşdim qubar eyliyim
olmadı qüsəni kənar eyliyim
dərdimi mən necə izihar eyliyim
məni bu halətə zaman gətirdi
Ey insan özünü öymə görəsən
Yetimi məclumu söymə görəsən
Çox belə sinənə döymə görəsən
zülümün başına tufan gətirdi
©samireliye
S