Zaman oyun oynayır bizimlə ta əzəldən
Gözəl göstərib bizə özünü hər gözəldən
Tanı bu kələkbazı, tanı bu qumarbazı!
Daşıyır çoxu, azı, dəyişir qışı, yazı
Onda var məzlum ahı, neçə zalım günahı
Ağladıbdı gah mahı, gah açılan sabahı
Tökəcəkdir üstünə biləsən çox dərdləri
Oyuna qurban edir doğru gedən mərdləri
Bu elə bir oyundu, sanma ki, o qoyundu
Gah görərsən qəmlisən, gah görərsən toyundu
Oyun bu cür uzanar, düşünmə ki, usanar
Sən təslim olan anda, o, silaha qurşanar!
Dəyişməz qərarını, qazacaq məzarını
Alacaq həm yarını, həm də meyvə,barını
Rahat olar alanda əlindən son daşını
Rahat olar qoyanda sənə məzar daşını...
🍂QəmliAşiq🍂
©qemliaşiq
M