Qalma keçmiş,gələcək həsrətində
'Bu gün' sənin var indi fürsətində
'Keçmiş' keçib gedib daha qayıtmaz
'Gələcəy'ə çox bağlansan yarıtmaz
Səni ancaq dərdə, qəmə salacaq
Sonda ancaq kədər, qüssə qalacaq
'Bu gün'ləri bilsən əgər qənimət
Bunun 'keçmiş'i də gözəldir əlbət
'Bu gün' zəhmət ilə qazansan uğur
Bil ki xoş 'gələcək' qabaqda uyur
Hər şeyin başında 'bu gün' dururmuş
Keçmiş, gələcəyi 'bu gün' qururmuş
Bütün 'keçmiş' "bu gün"lərin əməli
'Bu gün'lərdir gələcəyin təməli...
🍂QəmliAşiq🍂
©qemliaşiq
M