Öz dövrünə,
Bir cızıq çəkdin.
Heç bir zaman,
Cızığından çıxmadın.
Kimsənin şüşəsin,
Sənin daşın sındırmadı.
Düz getdin,
Düz geldin.
Kim görəcək,
Sənin əllərində ki,
Qanadı qırılmış,
Göyərçinin yaralarını bağladığını
Her selama,
Ürəyinin bir parçasını bağışladın.
Kim biləcək,
Sənin duza inandığını.
Rəsimlərində
Dəmir qapıları açıq,
Qəfəsi sınıq çekdin.
Ağacların budaqlarında quşlara yuva,
Etom bombasının yerinə gül əkdin.
Ürəyinin son parçasın,
Kimin biçağı doğruyacaqdır?
Söylə,
Dünyanın hansı bucağındadır,
Senin zindanın?
28.10.2005 12:55:00
©ahmethani
A