T

ZÜLÜMKARDI BU YAR.

Yoxdur insafdan əlamət nə zülümkardı
bu yar.
Hər işi qəmnən ibarət nə zülümkardı
bu yar.
Mən üçün cənnətə bənzər hara qoysa
ayağın
çün o, qədəmlər gətirir mənə eşqin
sorağın
bir dəfə eşq ilə öpdüm o,gözəl bal dodağın
onuda etdi qəbahət, nə zülümkardı
bu yar.
Kiməsə danışmıram dərdimi xəlvət
qoyuram
susduqca ömür yolunu dərd ilə zülmət
qoyuram
mən onu sevmey ilə özgəyə minnət qoyuram
o, isə tek mənə minnət, nə zülümkardı bu yar.
TENHA ASIQ ölsədə sevməz əsla özgəsini
yazdığı şeirlərlə duyur öz qəlbinin
səsini
mənə kafərdi bu zalım itirib
qibləsini
edir əğ yarı ziyarət, nə zülümkardı
bu yar .

TƏNHA AŞİQ.
©tenhaasiq